ABŞ-ın Azərbaycandakı səfiri Vətən müharibəsində həlak olanların xatirəsini yad edib
Siyasət
13:26 27 sen, 2021
Litzenberger Vətən müharibəsi şəhidlərini yad etdi
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Vətən müharibəsində həlak olanların xatirəsini yad edib.
Qazet.az xəbər verir ki, bu barədə səfirliyin "Twitter" hesabında bildirilib.
"Səfir Litzenberger keçən il baş verən qarşıdurmada həyatını itirənlərin xatirəsini ehtiramla yad etdi. Ötən il və illər ərzində Qarabağ münaqişəsində ölən və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk", - səfirlik bildirib.