Bakı 13˚C Windy

ABŞ-ın büdcə kəsiri 2 dəfə azalıb

Biznes 15:12 11 iyn, 2022

ABŞ maliyyə ilinin ilk 8 ayında büdcə gəlirləri 31 % artaraq 3,4 trilyon ABŞ dollara, xərcləri isə 19 % azalaraq 3,8 trilyon ABŞ dollara enib.

ABŞ-ın büdcə kəsiri 2 dəfə azalıb

Bu ilin may ayında ABŞ-ın büdcə kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə və ya 50 % azalaraq 66 milyard ABŞ dolları olub.

Qazet.az bu barədə bloomberg-ə istinadən xəbər verir.

Məlumata görə, bu dövrdə büdcə kəsiri ilə bağlı proqnoz 120 milyard ABŞ dolları təşkil edirdi.

Mayda hökumətin gəlirləri 389 milyard ABŞ dolları (illik müqayisədə 16 % az), xərcləri isə 455 milyard ABŞ dolları (24 % az) təşkil edib.

Bununla da, ABŞ-da maliyyə ilinin ilk 8 ayında ümumi büdcə kəsiri 426 milyard ABŞ dollara çatıb. Halbuki, ötən ilin eyni dövründə büdcə kəsiri 2 trilyon ABŞ dolları səviyyəsində olub.

ABŞ maliyyə ilinin ilk 8 ayında büdcə gəlirləri 31 % artaraq 3,4 trilyon ABŞ dollara, xərcləri isə 19 % azalaraq 3,8 trilyon ABŞ dollara enib.