ABŞ-ın dövlət katibi ilə Rusiyanın XİN başçısının görüşü başa çatıb
Siyasət
18:03 02 dek, 2021
Görüş ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin iclası çərçivəsində baş tutub

İsveçin paytaxtı Stokholmda ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.
Qazet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, tərəflərin müzakirələri 40 dəqiqə davam edib.
Görüş ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin iclası çərçivəsində baş tutub.
Görüş bağlı qapılar arxasında, mətbuata qapalı keçib.
Qeyd edək ki, bu, Blinkenlə Lavrovun bir il ərzində ikinci görüşüdür. Birinci görüş bu ilin mayında İslandiyanın paytaxtı Reykyavikdə olub. Onda görüş iki saata yaxın davam etmişdi.