ABŞ-ın lizinq şirkəti Rusiyada qalan 27 təyyarəni hesabdan siləcək
Biznes
13:20 24 apr, 2022
Xərclərin ümumi dəyəri 802 milyon dollar təşkil edəcək
ABŞ-ın “Air Lease Corporation” lizinq şirkəti Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra ölkədə qalan 27 təyyarəni hesabdan silmək qərarına gəlib.
Qazet.az “Reuters”ə istinadən xəbər verir ki, xərclərin ümumi dəyəri 802 milyon dollar təşkil edəcək.
“Əvvəllər qaytarılmayan və Rusiyada qalan təyyarələrin şirkətə geri verilməsi ehtimalı azdır”, - “Air Lease Corporation” bildirib.
Şirkət Rusiyada 21 təyyarəyə sahibdir və daha altı təyyarə “Air Lease Corporation” tərəfindən idarə olunan aviaparkın tərkibindədir.
“Reuters”in hesablamalarına görə, Rusiyada lizinq şirkətlərinə məxsus 400-dən çox təyyarə var və onların ümumi dəyəri təxminən 10 milyard dollardır.