ABŞ-ın Nyu-York ştatında fövqəladə vəziyyət elan edilib
Xəbərlər
01:16 10 sen, 2022
ABŞ-ın Nyu-York ştatının qubernatoru Keti Hokul daha əvvəl aşkar edilən poliomielit xəstəliyinin yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət elan edib.
"Qazet.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Nyu-York ştatının Səhiyyə Departamenti məlumat yayıb.
“Poliomielit virusu Nyu-Yorka bitişik ərazilərdən, o cümlədən Roklenc, Orinc, Sallivan və Nassau qraflıqlarından götürülmüş çirkab su nümunələrində aşkar edilib”, - məlumatda deyilir.
Fövqəladə vəziyyətin tətbiqi poliomielit əleyhinə peyvəndləmənin stimullaşdırılması məqsədi daşıyır.