Bakı 18˚C Mostly sunny

“ABŞ-ın PKK, FETÖ və S-400-lə bağlı mövqeyi müttəfiqlik ruhuna uyğun deyil" - Çavuşoğlu

Siyasət 14:51 04 noy, 2021

Türkiyə XİN başçısı Türkiyə Böyük Millət Məclisinin Plan və büdcə komitəsinin 2022-ci il büdcəsinin müzakirəsi zamanı çıxış edib

“ABŞ-ın PKK, FETÖ və S-400-lə bağlı mövqeyi müttəfiqlik ruhuna uyğun deyil" - <span style="color:red">Çavuşoğlu</span>

“ABŞ-ın PKK, FETÖ və S-400-lə bağlı mövqeyi müttəfiqlik ruhuna uyğun deyil”.

Qazet.az “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin Plan və büdcə komitəsinin 2022-ci il büdcəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu məsələni Prezident Rəcəb Tayyib Ərdoğan da amerikalı həmkarı Cozef Baydenlə görüşdə gündəmə gətirib: “Sözügedən məsələləri əhatə edəcək İşçi Qrupu yaradacğıq. ABŞ bununla bağlı təklif irəli sürüb. Lazım olan məsələlərlə bağlı nazirliklərlə işləyirik”.