ABŞ-ın Türkiyədəki səfir vəzifəsinə namizəd "erməni soyqırımı"nı tanıdı
ABŞ-ın yeni səfir namizədindən Türkiyəyə qarşı addım

Keçmiş respublikaçı senator, ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə namizəd Ceff Fleyk qondarma "erməni soyqırımı" nı rəsmən tanıyıb və bununla da əvvəlki mövqeyinə dəyişib. Ermənistan mətbuatı Fleykin bunu Senatın Xarici Əlaqələr Komitəsinin iclasında söylədiyini yazır.
Qazet.az xəbər verir ki, komitə sədri, ermənipərəst Demokrat senator Bob Menendezin "erməni soyqırımını" tanımaq və "bu məsələdə orqana və rəhbərliyə qoşulmağa" hazır olub-olmadığı sualına Fleyk müsbət cavab verib .
"The National News" nəşrinin məlumatına görə, 2005, 2007, 2010 və 2014-cü illərdə Senatda Arizona ştatını təmsil edən Fleyk, uydurma "soyqırım"ın tanımağına yönəldilən qanunların əleyhinə səs verirdi.
(Virtualaz.org)