Bakı 31˚C Sunny

ABŞ-ın xarici işlər nazirinin köməkçisi Sudanda görüşlər keçirib

Gündəm 16:45 17 noy, 2021

Görüşdə Sudanda dövlət çevrilişindən sonrakı vəziyyət müzakirə edilib.

ABŞ-ın xarici işlər nazirinin köməkçisi Sudanda görüşlər keçirib

Amerikanın xarici işlər nazirinin Afrika məsələləri üzrə köməkçisi Sudana səfər edib.

Qazet.az xəbər verir ki,  ABŞ-ın xarici işlər nazirinin Afrika məsələləri üzrə köməkçisi Molli Vey Xartumda ölkənin keçmiş baş naziri Abdulla Həmdukla görüşüb. 

Xanım Vey üç günlük səfər çərçivəsində həm də Sudan ordusunun komandanı Əbdülfəttah Əl-Borhanla görüş keçirib.

 ABŞ-ın Xartumdakı səfirliyindən bildirilib ki, Molli Vey bu səfərində məqsəd ölkə rəhbərlərini siyasi böhranın həll edilməsinə çağırmaqdır. 

Danışıqlarda siyasi və mülki şəxslərin azad olunması, Abdulla Həmdukun öz vəzifəsinə qaytarılması, hökuməti mülki şəxslərin idarə etməsi əsas müzakirə mövzularından olacaq.