ABŞ: İran-Rusiya müttəfiqliyi təhlükəlidir
İran və Rusiyanın hərbi-siyasi ittifaqı Ukraynada müharibənin dönüşünə kömək edə bilər. Amerika kəşfiyyatı bu barədə xəbərdarlıq edir, Washington Post yazır.
Qazet.az xəbər verir ki, oxşar xəbərdarlıqlar hələ iyul ayında Ağ Ev tərəfindən edilmişdi. Vaşinqton Rusiyanın Ukraynada İran istehsalı olan dronlardan istifadə etməsindən ehtiyat edir. Bundan əlavə, Tehran Moskvaya maliyyə şəbəkələrinə çıxış imkanı verdi ki, Rusiya Qərbin sanksiyalarından yan keçsin və hərbi sənaye kompleksi üçün lazım olan hər şeyi ala bilsin.
Bununla bağlı ABŞ prezidenti Co Bayden administrasiyası Vaşinqtonla Tehran arasında nüvə sazişinin bərpasının zəruriliyi məsələsini gündəmə gətirir. Səlahiyyətlilərə görə, İrandan sanksiyalar götürülərsə, Moskva ilə Tehran arasında müdafiə, maliyyə və iqtisadi əməkdaşlıq xeyli asanlaşacaq. Və bu əməkdaşlıq Rusiya-Ukrayna müharibəsində dönüş nöqtəsinə gətirib çıxara bilər.