Reuters: ABŞ İranın İsrail tankerinə hücumda iştirakını təsdiqləyib
Gündəm
23:00 16 noy, 2022
Oman sahillərində "MV Pacific Zircon" kommersiya tankerinə hücum böyük ehtimalla İran tərəfindən pilotsuz uçan aparat vasitəsilə həyata keçirilib.
Qazet.az xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Reuters-ə açıqlamasında bildirib.
“Mövcud məlumatları nəzərdən keçirdikdən sonra biz əminik ki, İran bu hücumu yəqin ki, İHA-dan istifadə edərək həyata keçirib”, o, jurnalistlərə deyib.
Xatırladaq ki, noyabrın 15-də axşam saatlarında Oman sahillərində partlayıcı maddələr olan pilotsuz təyyarə israilli milyarder İdan Oferə məxsus Pacific Zircon neft tankerinə hücum edib. Gəmi Oman - Buenos Ayres marşrutu ilə hərəkət edib. Hücum nəticəsində orada dəlik əmələ gəlsə də, o, sıradan çıxmayıb.