Bakı 3˚C Mostly cloudy

ABŞ Kabildə dinc sakinləri öldürdüyünü boynuna aldı

Gündəm 07:13 18 sen, 2021

Pentaqon aparılan tədqiqatların nəticələrinə əsasən, avqustun 29-da pilotsuz uçuş aparatları ilə Kabilə endirilən zərbələrin səhv olduğunu qəbul edib.

ABŞ Kabildə dinc sakinləri öldürdüyünü boynuna aldı

Pentaqon aparılan tədqiqatların nəticələrinə əsasən, avqustun 29-da pilotsuz uçuş aparatları ilə Kabilə endirilən zərbələrin səhv olduğunu qəbul edib.

“Qazet.az” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığının rəhbəri, general Kennet Makkenzi brifinqdə deyib. O, 7-si uşaq olmaqla 10 nəfər dinc sakinin ölümünə səbəb olduqlarını açıqlayıb.

“Aviazərbələr faciəvi səhv idi”, - deyə Makkenzi bildirib. Onun sözlərinə görə, əməliyyat zamanı İŞİD terror təşkilatı ilə əlaqəsi olan şəxslərin aradan götürüldüyü də az ehtimal olunur. Makkenzi əlavə edib ki, Pentaqon aviazərbələr nəticəsində həlak olanların ailələrinə kompensasiya ödənilməsi imkanını öyrənir.