Bakı 12˚C Sunny

ABŞ Konqresi, Rusiyaya qarşı sanksiyalara dair təşəbbüsü təsdiqləyib

Siyasət 10:25 24 sen, 2021

Bu barədə ABŞ və Rusiya mətbuatında geniş məlumat verilib

ABŞ Konqresi, Rusiyaya qarşı sanksiyalara dair təşəbbüsü təsdiqləyib

ABŞ Nümayəndələr Palatası Ağ Evə gələn müdafiə büdcəsinin bir hissəsi olaraq nazirlər, tanınmış iş adamları, ictimai xadimlər və jurnalistlər də daxil olmaqla 35 rusiyalıya qarşı sanksiya tətbiq edilməsini nəzərdən keçirməyi tapşıran qanunvericilik təşəbbüsünü qəbul edib.

Qazet.az xəbər verir ki, bu barədə ABŞ və Rusiya mətbuatında geniş məlumat verilib.

Təşəbbüsə əsasən, ABŞ Prezidenti Co Bayden konqresin müvafiq komitələrinə həmin 35 Rusiya vətəndaşından hər hansı birinə qarşı sanksiya tətbiq edilməsinin vacibliyini izah edən sübut göstərməlidir. 

Xatırladaq ki, siyahıda xüsusilə Kremlin sözçüsü Dmitri Peskov, Baş nazir Mixail Mişustin və Səhiyyə naziri Mixail Muraşkonun adı var.

-


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.