ABŞ konqresmenləri Səudiyyə Ərəbistanı və BƏƏ-dən qoşunların çıxarılmasını təklif ediblər
Gündəm
16:26 09 okt, 2022
ABŞ konqresmenləri neft hasilatını azaltdıqlarına görə ərəb ölkələrindən qisas almaq üçün Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən qoşunların çıxarılmasını təklif ediblər.
Qazet.az xəbər verir ki, bu barədə “The Washington Times” yazıb.
“Gərgin tərəfdaşlıq haqqında qanun” adlanan sənəddə deyilir ki, Prezident Cozef Baydenin son aylarda hər iki ölkə ilə danışıqlar aparmasına baxmayaraq, Səudiyyə Ərəbistanı və BƏƏ-də neft hasilatının kəskin azalması ABŞ-a qarşı düşmənçilik aktıdır və onların Ukrayna ilə münaqişədə Rusiyanın tərəfini seçdiyinə açıq işarədir.