ABŞ-la danışıqlar arzuolunan nəticə vermir - Ərdoğan
Siyasət
19:35 24 sen, 2021
Türkiyə Prezidenti ABŞ-la danışıqlardan danışıb
Türkiyə-ABŞ münasibətləri gözlədiyim kimi deyil və cənab Baydenlə danışıqlar arzuolunan nəticə vermir.
Qazet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"İki NATO ölkəsi olaraq gözlənilən nöqtədə deyiliksə, bunları da ifadə etmək lazımdır. ABŞ liderlərindən heç biri ilə belə bir problemim olmayıb. ABŞ terror təşkilatlarına gözləniləndən daha çox dəstək verir. Döyüşmək əvəzinə onlara böyük miqdarda silah və texnika dəstəyi verir. Bu yanaşmalar mövcud olduğu müddətdə bunları dünya ictimaiyyəti ilə bölüşməliyik", - deyə Ərdoğan bildirib./Axar.az