"ABŞ-la razılaşmalar Rusiyanın hücumuna qarşı mübarizənin açarıdır" - Kuleba
Siyasət
12:22 12 noy, 2021
“Ukrinform” agentliyinə açıqlamasında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib
“2021-ci ildə biz Ukrayna-ABŞ münasibətlərində oyunun gedişatını tamamilə öz xeyrimizə dəyişdik”.
Qazet.az xəbər verir ki, bunu “Ukrinform” agentliyinə açıqlamasında Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.
"Diqqət edin! Qalmaqallar və strateji tərəfdaşlığımızı pozmaq cəhdləri arxada qalxdı, artıq onlardan heç kim danışmır. Biz bu fırtınalı dövrü uğurla başa vurduq və ABŞ-ın güclü ikipartiyalı dəstəyini qoruduq", - deyə Kuleba bildirib.
Onun sözlərinə görə, Vaşinqton Kiyevin bütün sahələrdə uzunmüddətli əlaqələrin qurulması zərurətinə dair mövqeyini bölüşür:
“ABŞ-la uzunmüddətli razılaşmalar Rusiyanın hücumuna qarşı mübarizənin açarıdır".