Bakı 10˚C Sunny

ABŞ-la toqquşmalarda 9 SEPAH üzvü ölüb

Gündəm 19:08 22 noy, 2021

9 SEPAH üzvünün ölümü mediada işıqlandırılmırdı

ABŞ-la toqquşmalarda 9 SEPAH üzvü ölüb

“Bu günə qədər Fars körfəzində ABŞ və İran arasında birbaşa hərbi əməliyyatlar zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 9 üzvü ölüb”.

Qazet.az xəbər verir ki, bunu SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı, general Əli Rza Tenqsiri “Mehr” agentliyinə verdiyi müsahibəsində söyləyib.

“ABŞ və SEPAH-ın Hərbi Dəniz Qüvvələri arasında dəfələrlə birbaşa toqquşmalar baş verib. Biz 9 SEPAH üzvünün həlak olduğu bu münaqişələrin bir neçəsini mediada işıqlandırmırdıq. Biz isə cavab olaraq 9 zərbə endirdik” deyə Tenqsiri bildirib.

Bununla belə, general sözügedən insidentlərin nə vaxt baş verdiyi barədə detalları açıqlamayıb.

Mənbə