Bakı 13˚C Mostly cloudy

ABŞ Mixeil Saakaşvili ilə bağlı Gürcüstana çağırış edib

Siyasət 12:57 19 noy, 2021

“Biz israrla Gürcüstan hökumətini Mixeil Saakaşvilini ədalətli və ləyaqətlə müalicə və xalq müdafiəçisinin tövsiyələrinə əməl etməyə çağırırıq”

ABŞ Mixeil Saakaşvili ilə bağlı Gürcüstana çağırış edib

“ABŞ Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin oktyabrın 1-də həbs olunmasından sonra onunla davranışı yaxından izləyir. Biz Gürcüstan ombudsmanının onun vəziyyətinin qiymətləndirilməsi üçün müstəqil həkim qrupunun yaradılması üzrə işini yüksək qiymətləndiririk”.

Qazet.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında bildirilib.

“Biz israrla Gürcüstan hökumətini Mixeil Saakaşvilini ədalətli və ləyaqətlə müalicə və xalq müdafiəçisinin tövsiyələrinə əməl etməyə çağırırıq”, - sənəddə deyilir.

ABŞ Dövlət Departamenti həmçinin Gürcüstan hökumətini sabiq prezidentin bütün məhkəmə dinləmələrində iştirakını təmin etməyə çağırıb.

Qeyd edək ki, Gürcüstanda həbsdə olan sabiq dövlət başçısının ötən gün vəziyyəti pisləşib. Noyabrın 8-də yerləşdirilyidi Tbilisinin Qldani həbsxanasının klinikasında yıxılaraq huşunu itirən siyasətçinin vəziyyəti reanimasiya tədbirləri nəticəsində sabitləşdirilib.