ABŞ müsbət cavab verdi, ancaq öz qırıcımız olmalıdır
Gündəm
11:45 17 okt, 2021
Yerli qırıcı təyyarələr istehsal etməyən ölkələr mövcud ola bilməz

Yerli qırıcı təyyarələr istehsal etməyən ölkələr mövcud ola bilməz.
Qazet.az Axar.az-a istinadən xəbər verir ki, bunu istefada olan türk generalı Ərdoğan Qaraquş deyib.
O bildirib ki, Türkiyə mütləq şəkildə yerli qırıcı təyyarəsini istehsal etməlidir:
“Türkiyənin milli döyüş təyyarəsi digər ölkələrin istehsal etdiyi qırıcılardan daha üstün olmalıdır ki, ölkəmiz daim var olsun. Eyni zamanda, Türkiyənin bu layihəsi digər sənaye sahələrinin inkişafında ilk addım olacaq”.
Ankaranın F-16 tələbinə Vaşinqtonun müsbət cavab verməsindən danışan general qeyd edib ki, ABŞ-da da ağlı başında olan insanlar var:
“Həmin insanlar Türkiyəni tamamilə küsdürüb Rusiyaya tərəf dönməsini istəməzlər”.