Bakı 18˚C Mostly sunny

ABŞ noyabrdan ölkəyə gələnlərə bu tələbi qoyacaq

Gündəm 22:53 20 sen, 2021

“ABŞ-a gələn təyyarəyə minməzdən əvvəl tam vaksin arayışı təqdim olunmalıdır"

ABŞ noyabrdan ölkəyə gələnlərə bu tələbi qoyacaq

ABŞ hökuməti noyabrın əvvəlindən başlayaraq ölkəyə gələn xarici vətəndaşlardan tam vaksin arayışı və səfərdən azı 3 gün əvvəl verilmiş COVID-19-la bağlı mənfi test cavabı tələb edəcək.

“Qazet.az” CNBC-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə brifinq zamanı Ağ Evin koordinatoru Ceff Zints bildirib.

“ABŞ-a gələn təyyarəyə minməzdən əvvəl tam vaksin arayışı təqdim olunmalıdır. Arayışı təqdim edən sərnişinlər ABŞ-da karantinə alınmayacaqlar. Xaricdən gələn, peyvənd olunmayan amerikalılar isə səfərdən əvvəl son 24 saat ərzində, həmçinin ABŞ-a çatdıqdan sonra COVID-19 testi verməlidirlər”, - deyə Ağ Ev nümayəndəsi qeyd edib.