Bakı -4˚C Intermittent clouds

ABŞ OPEC-ə təzyiqini davam etdirəcək

Siyasət 13:13 23 noy, 2021

Ağ Evin sözçüsü Cen Psaki OPEC-ə təzyiq göstərməyə davam edəcəklərini bildirib

ABŞ OPEC-ə təzyiqini davam etdirəcək

ABŞ dünya bazarında neft təklifinin tələbdən geri qalmaması üçün Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ölkələrinə təzyiq göstərməyə davam edəcək. 

Qazet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki deyib.

Lakin Psaki ABŞ prezidenti Co Baydenin yüksələn yanacaq qiymətlərini aşağı salmaq üçün strateji neft ehtiyatından istifadə edərək əmtəə müdaxiləsini çərşənbə axşamı elan edə biləcəyi ilə bağlı mediada yayılan xəbərləri təsdiqləməkdən və ya təkzib etməkdən imtina edib.

"Heç nədən asılı olmayaraq, təklifin tələbi qarşılamasını təmin etmək üçün OPEC-ə təzyiq göstərməyə davam etmək niyyətindəyik" deyə Psaki bildirib.

Öncə ABŞ hökuməti neft ixrac edən ölkələri tədarükün artırılması ilə bağlı çağırışlarına məhəl qoymamaqda günahlandırıb.

Mənbə