Bakı 3˚C Windy

ABŞ ordusu gələn il İraqı tərk etməyi planlaşdırır

Gündəm 12:05 12 sen, 2021

İraqın Baş naziri Mustafa əl-Kaiminin ABŞ-a səfəri zamanı bu məsələ Prezident Cozef Baydenlə müzakirə edilib

ABŞ ordusu gələn il İraqı tərk etməyi planlaşdırır

ABŞ-ın İraqdakı hərbi hissələri 2022-ci ilin dekabrın 31-nə kimi ölkə ərazisini tərk edəcəklər.

Bu barədə İraq ordusunun birləşmiş qərargahının nümayəndəsi, general Tahsin əl-Həfaci mətbuata məlumat verib.

O bildirib ki, iki ölkə arasında aparılan dialoq nəticəsində bu qərar qəbul edilib.

Generalın sözlərinə görə, hazırda ABŞ-ın hərbi hissələri İraqın Eyn əl- Asad və İraq Kürdüstanının Əl-Həriri bölgələrində yerləşib.

Ötən ay İraqın Baş naziri Mustafa əl-Kaiminin ABŞ-a səfəri zamanı bu məsələ Prezident Cozef Baydenlə müzakirə edilib.