ABŞ ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi
Gündəm
11:59 25 yan, 2022
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb

ABŞ hərbi qüvvələrinin döyüş hazırlığını artırır.
Qazet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, müvafiq istiqamətdə görülən tədbirlər həm ölkədaxili, həm də ölkə xaricində yerləşən ABŞ qoşunlarına şamil edilir.
Pentaqondan bildirlib ki, döyüş hazırlığının artırılmasına Ukrayna ətrafındakı gərginlik səbəb olub.
Nazirlikdən qeyd olunub ki, hazırda ABŞ ərazisində olan 8.5 min nəfərlik hərbi qoşun birləşməsi yüksək döyüş hazırlığına gətirilib. Onların NATO qüvvələrinin gücləndirilməsi məqsədilə Avropaya göndəriləcəyi gözlənilir. Lakin bu barədə yekun qərar qəbul edilməyib.