ABŞ “referendumlara” cavab olaraq yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
ABŞ yaxın günlərdə Ukraynanın işğal altındakı Donetks, Luqansk, həmçinin Xerson və Zaporojye vilayətlərində “referendum”ların keçirilməsi ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək.
“Qazet.az” xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan NBC telekanalına müsahibəsində deyib.
“Böyük yeddilik liderləri, “referendumlar” başlayandan sonra cümə günü verdiyi bəyanatda fəsadların olacağını, xüsusən əlavə gücləndirilmiş sanksiyaların, o cümlədən Rusiyadan kənarda “referendum”ları dəstəkləyən hüquqi şəxs və şirkətlərə qarşı sanksiyaların olacağını təsdiqləyib. Bunu yaxın günlərdə görəcəksiniz. ABŞ əlavə açıqlamalar verəcək. Bu, Ukraynanı silah və hərbi texnika ilə təmin etmək üçün səylərimizi ikiqat artıracaq”, - o qeyd edib.