Bakı -1˚C Partly sunny

ABŞ rəsmiləri Asryanla görüşdü

Siyasət 00:40 01 sen, 2022
ABŞ rəsmiləri Asryanla görüşdü

Ermənistan ordusunun Baş Qərargah rəisi Edvard Asryan ABŞ-ın bu ölkədəki səfirinin müavini Çip Leytinent ilə bu gün görüşüb.

Qazet.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə ABŞ səfirliyinin hərbi attaşesi Qriqor Payps da iştirak edib.

Asryan operativ vəziyyət, o cümlədən Azərbaycan-Ermənistan sərhədindəki son proseslər, Laçın dəhlizi və Qarabağ haqda səfirliyin rəsmilərinə məlumat təqdim edib.

Tərəflər həmçinin hərbi tibb, sülhməramlı və hərbi təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, avqustun 30-da saat 20:00-dan etibarən Laçın dəhlizi tam bağlanıb. Ermənilərin Xankəndiyə firiş-çıxışı isə yeni yola keçirilib.