ABŞ rəsmisi Ermənistan-Azərbaycan sərhədinə GƏLDİ
Gündəm
19:36 24 okt, 2022

ABŞ Dövlət Departamentinin Qafqaz Məsələləri və Regional Münaqişələr üzrə ofisinin direktoru Mark Kameron Ermənistana səfər edib.
Qazet.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Kameron Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müşahidə etmək üçün Basarkeçərə gəlib.
“O, ABŞ-ın Ermənistanın suverenliyinə və Cənubi Qafqazda dayanıqlı sülhə davamlı dəstəyini vurğulayıb”, - səfirlik qeyd edib.