Bakı 14˚C Sunny

ABŞ Rusiya sərhədinə tanklarını yeritdi

Gündəm 23:35 11 yan, 2023
ABŞ Rusiya sərhədinə tanklarını yeritdi

ABŞ ordusunun çoxlu sayda tankı və hərbi texnikası Niderlandın Vlissingen limanına gəlib, daha sonra NATO-nun şərq cinahını gücləndirmək səyləri çərçivəsində Polşa və Litvaya yollanıb.

“Bu limana təxminən 1250 hərbi texnika gələcək”, - ABŞ tərəfdən əməliyyata rəhbərlik edən polkovnik Robert Kellam deyib.

Onların içində “M-1 Abrams” tankları və “Bradley” PDM-ləri var.