Bakı 23˚C Intermittent clouds

ABŞ Rusiyadan gələn azot gübrələrinə rüsum tətbiq edə bilər

Gündəm 05:11 24 iyn, 2022

“EuroChem” üçün bu göstərici 6,27%, “Akron” üçün 9,66%, digər istehsalçılar üçün 8,47% səviyyəsində qiymətləndirilir.

ABŞ Rusiyadan gələn azot gübrələrinə rüsum tətbiq edə bilər

ABŞ Ticarət Nazirliyi iddia edir ki, Rusiyanın karbamid-ammonyak istehsalçıları və ixracatçıları ABŞ-ın kompensasiya tədbirləri çərçivəsində subsidiyalar alır və məhsullar aşağı qiymətə satılır.

Qazet.az xəbər verir ki, bu cür iddia nazirliyə Rusiyadan gələn azot gübrələrinə rüsum tətbiq etmək imkanı verir.

ABŞ Ticarət Nazirliyinin məlumatına görə, bu subsidiyalar, xüsusən də “Eurochem” və “Akron” tərəfindən alınıb. Qurum bu şirkətlər üçün ABŞ-ın əvəzləşdirdiyi subsidiyaların fərz edilən fərdi dərəcəsi ilə bağlı öz təxminlərini təqdim edib. “EuroChem” üçün bu göstərici 6,27%, “Akron” üçün 9,66%, digər istehsalçılar üçün 8,47% səviyyəsində qiymətləndirilir.