Bakı 7˚C Showers

ABŞ Rusiyadan qiymətli metalı qadağan etmək istəyir

Gündəm 22:34 12 okt, 2022
ABŞ Rusiyadan qiymətli metalı qadağan etmək istəyir

ABŞ Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı sanksiyalar çərçivəsində Rusiya alüminiumuna qadağa qoymaq istəyir. 

Qazet.az
xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Vaşinqton məhdudiyyətlərin üç variantını nəzərdən keçirir: İdxala tam qadağa, yüksək rüsumlar və Rusala qarşı sanksiyaların tətbiqi.

Agentlik belə bir addımın qlobal alüminium bazarı üçün ciddi mənfi nəticələrə səbəb olacağını qeyd edir. Bu, bütün dünyada metal istehlakçılarını Rusiya xammalı üçün əvəz axtarmağa məcbur edəcək.

Rusiya alüminium istehsalında dünyada ikinci yerdə, Çin birinci yerdədir. Rusiya metalı ABŞ-a alüminium idxalının təxminən 10%-ni təşkil edir.