Bakı 23˚C Mostly cloudy

ABŞ Rusiyanı “G20”-nin nazirlər toplantısında görmək istəmir

Gündəm 13:17 15 iyl, 2022

Neft barədə yenidən müzakirələr oldu

ABŞ Rusiyanı “G20”-nin nazirlər toplantısında görmək istəmir

Rusiya ordusunun Ukrayna ərazisində hərbi əməliyyatı davam etdiyi üçün bu ölkənin nümayəndə heyəti “G20” ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşündə iştirak etməməlidir.

Qazet.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib. “Rusiyanın bu görüşlərdə iştirakı mümkün deyil və mən, şübhəsiz ki, Rusiyanın Ukraynadakı hərəkətləri ilə bağlı öz fikirlərimi mümkün qədər kəskin şəkildə ifadə etməyi səbirsizliklə gözləyirəm. Bir çox həmkarlarımın da bunu edəcəyini gözləyirəm”.
Nazir bildirib ki, “G20”nin nazirlər görüşündə Rusiya neftinin qiymətinə məhdudiyyətlər tətbiq etmək planlarını yenidən müzakirə edəcək.