Bakı 9˚C Cloudy

ABŞ Rusiyaya qarşı 1998-ci ildə tətbiq etdiyi sanksiyaları qüvvədə saxlayıb

Siyasət 04:12 29 dek, 2022
ABŞ Rusiyaya qarşı 1998-ci ildə tətbiq etdiyi sanksiyaları qüvvədə saxlayıb

ABŞ 1998-ci ilin Beynəlxalq dini etiqad azadlığı Aktı çərçivəsində Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlayıb.

Qazet.az-ın məlumatına görə, bu barədə TASS Amerika hökumətinin rəsmi sənədlər toplusu olan Federal reyestrin elektron məlumat bazasına daxil olan bildirişə istinadən xəbər verir.

Qeyd edilir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken İran, Çin, Şimali Koreya, Kuba, Myanma, Nikaraqua, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan və Eritreyanı Beynəlxalq dini etiqad azadlığı Aktı çərçivəsində xüsusi narahatlıq doğuran dövlətlər siyahısına daxil etmək qərarına gəlib.

Agentlik vurğulayıb ki, ABŞ-ın 1998-ci il Beynəlxalq dini etiqad azadlığı Aktının müddəalarına əsasən, Birləşmiş Ştatların Dövlət Departamenti dünyada dini etiqad azadlığı ilə bağlı illik hesabat hazırlayır.