Bakı 26˚C Intermittent clouds

ABŞ səfiri Gəncədə terror qurbanlarını anıb

Siyasət 18:35 27 okt, 2021

ABŞ-ın Azərbaycandakı səfiri Gəncəyə səfər edib

ABŞ səfiri Gəncədə terror qurbanlarını anıb

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Gəncəyə səfər edib.

Qazet.az bu barədə ABŞ-ın ölkəmizdəki səfirliyinə istinadən xəbər verir.

Məlumata görə, diplomatın səfərində məqsəd yerli dövlət rəsmiləri ilə görüşmək, USAID/Azerbaijan-in təlim tədbirində iştirak etmək və Gəncənin tarixi, mədəniyyəti haqqında daha ətraflı öyrənməkdir.

Səfər çərçivəsində o, ötən il raket zərbəsi endirilən əraziləri də ziyarət edib. Səfir 2020-ci ilin payız döyüşlərində həyatını itirən, o cümlədən 2020-ci ilin oktyabrında raket zərbəsi nəticəsində həlak olan Gəncə sakinlərinə dərin hüznlə başsağlığı verib.