ABŞ səfiri Qubada: "Azərbaycanda tolerantlıq yüksək səviyyədədir"
Gündəm
13:12 06 okt, 2021
ABŞ səfiri Quba ziyarətindən video müraciət də yayımlayıb
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Qubaya səfərə yollanıb. O, bu səfər çərçivəsində Qubanın Qırmızı Kənd adlanan yəhudilərin çoxluq təşkil etdiyi kəndə gedib.
Qazet.az xəbər verir ki, ABŞ səfiri Quba ziyarətindən video müraciət də yayımlayıb.
Əslən yəhudi olan səfir xüsusən Qubada çayın bir tərəfində sinoqoq və yəhudi kəndinin, digərində isə məscidin olmasına diqqət çəkərək Azərbaycan tolerantlığına xüsusi vurğu edib.
“Sağımda Qırmızı qəsəbənin sinoqoqu sol tərəfimdə isə Quba şəhərinin məscidini görə bilərsiniz. Məhz bu yer Azərbaycanın tolerantlığına bir işarədir” deyə səfir bildirib.