Bakı 18˚C Mostly cloudy

ABŞ səfiri tezliklə Ağdama səfər edəcək

Gündəm 19:00 22 noy, 2021

“Mən özüm də tezliklə Ağdama səfər edəcəyəm”

ABŞ səfiri tezliklə Ağdama səfər edəcək

“Mən Azərbaycanın müxtəlif regionlarına səfər etmişəm. Geri qaytarılmış ərazilərə gəlincə, mən Zəngilanda olmuşam”.

Qazet.az-ın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer deyib.

O, ABŞ Səfirliyinin əməkdaşlarının Füzuli və Ağdamda səfərdə olduqlarını xatırladıb.

“Mən özüm də tezliklə Ağdama səfər edəcəyəm”, - amerikalı diplomat vurğulayıb.

Səfir vurğulayıb ki, Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Lənkəran, Şəki, Gəncə və Naxçıvanda səfərdə olub: “Regionlara səfər mənim işimin bir hissəsidir. Elə ərazilər var ki, mən ora hələ səfər etməmişəm. Təbii ki, həmin ərazilərə də səfər edəcəyəm”.