ABŞ səfirliyi Azərbaycan xalqına başsağlığı verib
Siyasət
16:45 20 yan, 2022
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı paylaşımında bildirilib
“Bu gün biz etirazların zorakılıqla yatırılması zamanı yaşananları kədərlə xatırlayırıq”.
Qazet.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı paylaşımında bildirilib.
“1990-cı ildə Bakıda Qara Yanvar hadisələrini, zorakılıqları xatırlayır, yaralananlara və həlak olanlara anırıq. Biz öz əqidələrinə sadiq qalaraq həyatını itirən bütün insanları yad edirik”, - paylaşımda vurğulanıb.