ABŞ Səhiyyə Nazirliyində partlayış təhlükəsi ilə bağlı yollar bağlanıb
Cəmiyyət
21:33 27 okt, 2021
Daha sonra Kapitol polisi partlayış təhlükəsinin olmadığını bildirib.
ABŞ Səhiyyə Nazirliyinin binasına bomba qoyulması təhlükəsi ilə bağlı ətraf küçələrdə nəqliyyatın hərəkəti dayandırılıb.
Qazet.az bu barədə TASS-a istinadən xəbər verir.
Qeyd edək ki, oktyabrın 20-də Əmək Nazirliyinin binasında da bomba təhlükəsi xəbərləri ilə əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşlarının bir neçə küçəni bağlayıb. Polis Federal Təhlükəsizlik Xidməti ilə birlikdə şübhəli paketə görə yoxlama aparıb.
Daha sonra Kapitol polisi partlayış təhlükəsinin olmadığını bildirib.