Bakı 29˚C Partly sunny

ABŞ sərhədində rekord sayda qanunsuz miqrant saxlanılıb

Gündəm 11:30 21 okt, 2021

Bu 1986-cı ildən bəri rekord göstəricidir

ABŞ sərhədində rekord sayda qanunsuz miqrant saxlanılıb

Cari il ərzində ABŞ Sərhəd və Gömrük xidməti sərhədi qanunsuz keçmək istəyən 1,7 milyon miqrantı saxlayıb.

Bu barədə Qazet.az “The Washington Post” nəşrinə istinadən xəbər verir.

Qeyd olunub ki, bu 1986-cı ildən bəri rekord göstəricidir.

Miqrantların 608 mini Meksikadan, 657 mini Mərkəzi Amerikadan, 367 mini isə Cənubi Amerikadan gəlib.