ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalara çalışır
Gündəm
13:33 14 yan, 2022
Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild danışıb
ABŞ BMT xətti ilə Şimali Koreyaya qarşı yeni ballistik raket buraxılışlarına görə sanksiyalar tətbiq edilməsini təklif edib.
Qazet.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild danışıb.
“ABŞ Şimali Koreyanın 2021-ci ilin sentyabrında bu yana altı ballistik raket buraxılışı həyata keçirməsi səbəbilə BMT-nin sanksiya tətbiq etməsini təklif edib”, - deyə o bildirib.
O, qeyd edib ki, Şimali Koreyanın hər bir raket buraxılışı BMT Təhlükəsizlik Şurası qətnamələrinin pozulması olub.
Mənbə: RT