Bakı 18˚C Windy

ABŞ Sudana maliyyə yardımını dayandırıb

Gündəm 12:17 26 okt, 2021

Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri deyib

ABŞ Sudana maliyyə yardımını dayandırıb

ABŞ dövlət çevrilişindən sonra Sudana maliyyə yardımını dondurub.

Qazet.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton ölkədə mövcud vəziyyəti nəzərə alaraq Sudana iqtisadi dəstək üçün ayrılan 700 milyon dollarlıq yardımı dayandırır.

Ağ Ev rəsmisi əlavə edib ki, bu vəsaitlər Sudandakı demokratik keçidi dəstəkləmək üçün nəzərdə tutulmuşdu:

“Amerika administrasiyası Sudan hərbçilərindən Xartumdakı rəhbərliyə qarşı tədbir görmək niyyəti barədə əvvəlcədən heç bir bildiriş almayıb. Hərbçilər həbsdə olan bütün siyasi xadimləri dərhal azad etməli, onların təhlükəsizliyini təmin etməlidirlər. Mülki şəxslərin başçılıq etdiyi keçid hökuməti tam bərpa olunmalı, nümayişçilərə qarşı hər hansı zorakılıqdan, o cümlədən hərbçilər həqiqi güllələrdən istifadədən çəkinməlidirlər”.