Bakı 1˚C Dreary

Reuters: ABŞ Suriyada xüsusi əməliyyat keçirib

Gündəm 06:20 07 okt, 2022
Reuters: ABŞ Suriyada xüsusi əməliyyat keçirib

ABŞ Müdafiə Nazirliyi Suriyanın şimalında keçirilən xüsusi əməliyyat zamanı “İslam Dövləti” terror təşkilatının Rəhan əl-Şəmri kimi tanınan liderlərindən birinin məhv edildiyini təsdiqləyib. Pentaqonun hesabatında qeyd olunur ki, əl-Şəmri silah qaçaqmalçılığı və İŞİD-ə yaraqlıların cəlb edilməsinə cavabdeh olub.

Qazet.az xəbər verir ki, oktyabrın 6-da axşam saatlarında Reuters agentliyi ABŞ ordusunun Suriyanın şimal-şərqində əməliyyat keçirərək İslam Dövlətinin liderlərindən birini məhv etdiyini bildirib. Qeyd olunub ki, helikopterlərin cəlb olunduğu əməliyyat zamanı daha bir yaraqlı yaralanıb. İki terrorçu Amerika xüsusi təyinatlıları tərəfindən ələ keçirilib.

Bundan əvvəl Suriya dövlət televiziyası məlumat vermişdi ki, oktyabrın 6-na keçən gecə ABŞ hərbçiləri ölkənin şimalındakı Qamışlı şəhəri yaxınlığında, Suriya hökumətinin nəzarətində olan ərazilərə reyd keçirib. Bir neçə helikopterlə gələn 50-yə yaxın hərbçi Mulyuk-Saray kəndində keçirilən əməliyyatda iştirak edib. Bir nəfəri öldürdülər. Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, bu, Bəşər Əsəd rejiminin nəzarətində olan ərazilərə ilk belə basqındır.