Bakı 2˚C Mostly cloudy

ABŞ Tayvana 1,1 milyardlıq silah satacaq

Xəbərlər 07:16 31 avq, 2022
ABŞ Tayvana 1,1 milyardlıq silah satacaq

ABŞ Tayvana 1,1 milyard dollar dəyərində silah satmağı planlaşdırır.

Qazet.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Bayden administrasiyası Konqresə satışla bağlı təklif göndərməyi nəzərdə keçirir. İlkin mərhələdə olan paketə 355 milyon dollara 60 AGM-84L "Harpoon Block II" raketi, 85,6 milyon dollara 100 ədəd "AIM-9X Block II Sidewinder" taktiki raketləri və müşahidə radar müqaviləsi üçün 655,4 milyon dollar dəyərində digər silahlar daxildir.

"Sidewinder" raketləri Taypeyin ABŞ istehsalı olan "F-16" qırıcılarını təmi etmək üçün istifadə olunacaq.

Təklif Konqresdə davam edən fasilə səbəbindən gecikmə ilə təsdiqlənəcək.