Bakı 3˚C Showers

ABŞ Türkiyəni yeni sanksiyalarla təhdid edib

Siyasət 15:32 28 sen, 2021

Bu barədə komitənin "Twitter"-də yayımladığı məlumatda bildirilir

ABŞ Türkiyəni yeni sanksiyalarla təhdid edib

BŞ Senatının beynəlxalq məsələlər üzrə Komitəsi Anakaranı S-400 Hava Hücumundan Müdafiə (HHM) sistemi ilə bağlı Rusiya ilə yeni müqavilə bağlayacağı tədqirdə əlavə sanskiyalarla hədələyib. Qazet.az bu barədə RİA Novosti-yə istinadla xəbər verib.

"CAATSA (Sanksiyalar vasitəsi ilə Amerikanın Düşmənlərinə Qarşı Mübarizə Qanunu - red.) ilə öz fikrimizi kifayət qədər aydın şəkildə izah etdik: Rusiya hərbçiləri və ya kəşfiyyat orqanları ilə böyük biznes aparan bütün qurumlara qarşı sanksiyalar tətbiq edilir. Türkiyənin hər hansı yeni hərbi texnika alışı növbəti sanksiyalara səbəb olacaq", – deyə Komitənin "Twitter"-də yayımladığı məlumatda bildirilir.

Bir qədər əvvəl CBS telekanalına müsahibə verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın yaxın vaxtlarda Rusiya istehsalı olan daha bir partiya S-400 alacağını bildirmişdi. Ərdoğanın sözlərinə görə, Türkiyə bu məsələdə qərar vermək hüququnu əvvəlki kimi özündə saxlayır və heç bir ölkənin onun işinə qarışmağa ixtiyarı yoxdur.

Qeyd edək ki, Rusiya və Türkiyə 2017-ci ildə S-400 HHM alay dəstinin alış-satışı ilə bağlı müqavilə imzalayıb, zenit komplekslərinin Ankaraya təhvil verilməsinə isə 2019-cu ilin yaz-payız aylarında başlanılıb.

(Sputnik)