ABŞ Türkiyəyə dəstək oldu
Siyasət
12:05 19 sen, 2022
“ABŞ terrorla mübarizədə NATO müttəfiqi olan Türkiyənin yanındadır”.
Qazet.az-ın xəbərinə görə, bu barədə Birləşmiş Ştatların Ankaradakı səfirliyi məlumat yayıb.
Diplomatik nümayəndəlik sentyabrın 18-də Şanlıurfada törədilən terror aktında Türkiyə hərbçisinin ölümünə görə başsağlığı verib.
“Türkiyədəki ABŞ diplomatik nümayəndəliyi olaraq dünən Şanlıurfadakı hücumda həlak olan türk əsgərinin ailəsinə və yaxınlarına başsağlığı veririk”, - səfirlikdən bildirilib.
Qeyd edək ki, sentyabrın 18-də PKK terror qruplaşmasının üzvləri Şanlıurfanın Suruç vilayətində terror aktı törədiblər. Nəticədə Türkiyə ordusunun İsmet Aybek adlı hərbçisi şəhid olub, daha 1 əsgər isə yaralanıb.