Bakı 14˚C Mostly cloudy

ABŞ Ukraynaya hərbi yardımı azaldacaqmı?

Gündəm 00:41 10 yan, 2023
ABŞ Ukraynaya hərbi yardımı azaldacaqmı?

Müdafiə xərclərinin azaldılması Ukraynaya hərbi yardıma təsir göstərməyəcək.

Qazet.az xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

"Biz 37 milyard dollar (Ukraynaya hərbi yardım - red.) istədik, çünki keçən il bunun maliyyə ili üçün lazım olacağını düşündük. Konqres bu məbləği 45 milyard dollara çatdırdı. Həmin pul ayrıldı", - o bildirib.

O qeyd edib ki, ABŞ hökumətinin hazırki siyasətini demokratlar və respublikaçıların əksəriyyəti dəstəkləyir.

Qeyd edək ki, Qlobal Məsələlər üzrə Çikaqo Şurasından Elizabet Şekelfordun sözlərinə görə, Vaşinqtonun Kiyevə yardımı davam edib-etməməsi 2024-cü il seçkisində kimin - respublikaçı və yaxud demokratların qalib gəlməsindən asılı olacaq.