Bakı 18˚C Intermittent clouds

ABŞ Ukraynaya hərbi yardımla bağlı nəzərdə tutduğu məbləği açıqladı

Gündəm 02:11 08 dek, 2021

Qanun layihəsi, Prezident Co Baydenin imzasından əvvəl Nümayəndələr Palatası və Senat tərəfindən təsdiqlənməlidir. 

ABŞ Ukraynaya hərbi yardımla bağlı nəzərdə tutduğu məbləği açıqladı

ABŞ-ın 2022-ci il üçün müdafiə büdcəsi layihəsində Ukraynaya 300 milyon dollar hərbi yardımın ayrılması nəzərdə tutulur.

“Qazet.az” xəbər verir ki, bu məbləğ ABŞ administrasiyasının tələb etdiyindən 50 milyon dollar çoxdur.

“Qanun layihəsində Ukrayna ordusuna dəstək və yardım göstərən Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü üçün 300 milyon dollar ayrılmasını nəzərdə  tutur ki, bu da 250 milyon dollarlıq büdcə tələbindən artıqdır”, - sənədin qeydində deyilir.

Qanun layihəsi, Prezident Co Baydenin imzasından əvvəl Nümayəndələr Palatası və Senat tərəfindən təsdiqlənməlidir.