Bakı 6˚C Sunny

ABŞ və Azərbaycan nəyi müzakirə edib? - Nazir açıqladı

Siyasət 14:22 12 sen, 2022
ABŞ və Azərbaycan nəyi müzakirə edib? - Nazir açıqladı

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayerlə görüşündə ölkəmizdə millətlərarası və mədəniyyətlərarası dialoqun təşviqi, bütün icmaların sülh və sabitlik şəraitində yaşadığı vurğulanıb.

Qazet.az xəbər veri ki, bu barədə Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

"Azərbaycanın zəngin mədəni-mənəvi irsi və tolerantlıq ənənələri barədə fikirlərimizi bölüşdük", - nazir qeyd edib.