ABŞ və Fransanın xarici işlər nazirləri telefonla danışıb
Gündəm
12:40 15 noy, 2021
Tərəflər vacib məsələlərin müzakirəsini aparıb.
ABŞ və Fransanın xarici işlər nazirləri arasında telefon danışığı olub.
Qazet.az xəbər verir ki, ABŞ-ın xarici işlər naziri Entoni Blinken fransalı həmkarı Jan İv Luderyanla bir sıra regional məsələləri müzakirə edib.
Telefon danışığında tərəflər İranın nüvə proqramı və 5+1 formatındakı müzakirələrin bərpası barədə fikir mübadiləsi aparıblar.
Həmçinin Ukrayna yaxınlığında Rusiyanın nigaranlıqdoğuran hərbi fəaliyyətinə dair məlumatlar haqda danışmış, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə möhkəm dəstək verməyə davam etməyi qərara almışlar.