Bakı 9˚C Partly sunny

ABŞ və İspaniya qanunsuz miqrasiya məsələsində əməkdaşlıq edəcək

Gündəm 09:11 29 iyn, 2022

Bununla əlaqədar iki ölkə qanunsuz miqrasiyanın əsas səbəblərini aradan qaldırmaq üçün səyləri əlaqələndirmək barədə razılığa gəliblər.

ABŞ və İspaniya qanunsuz miqrasiya məsələsində əməkdaşlıq edəcək

ABŞ Prezidenti Cozef Bayden və İspaniyanın Baş naziri Pedro Sançes qanunsuz miqrasiya problemi ilə bağlı əməkdaşlıq etmək barədə razılığa gəliblər.

"Qazet.az" xəbər verir ki, bu barədə "Europa Press" agentliyi məlumat yayıb.

Bayden və Sançes NATO sammitindən əvvəl Madriddə görüşüblər. Həmçinin görüşdən sonra iki ölkə birgə bəyannamə imzalanıb.

Sənəddə deyilir ki, İspaniya və ABŞ Şimali Afrika regionunda qanunsuz miqrasiya çağırışlarına cavab olaraq davamlı əməkdaşlığın vacibliyini qəbul edir.

Bununla əlaqədar iki ölkə qanunsuz miqrasiyanın əsas səbəblərini aradan qaldırmaq üçün səyləri əlaqələndirmək barədə razılığa gəliblər.