ABŞ və Rusiya arasında gərginlik PİK HƏDDƏ: 55 diplomat ölkədən qovulur
Növbəti aylarda ABŞ 55 rus diplomat və texniki personalın ölkəni tərk etməsini istəyəcək və bu diplomatik cəbhədə durumu da daha da pisləşdirəcək
“Növbəti aylarda ABŞ 55 rus diplomat və texniki personalın ölkəni tərk etməsini istəyəcək və bu diplomatik cəbhədə durumu da daha da pisləşdirəcək”.
Qazet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Sözçü qeyd edib ki, Rusiyadakı ABŞ diplamatik missiyalarında 130 nəfər işləyir. Onun sözlərinə görə, ABŞ-da Rusiya səfirliyində, konsulluğuna, eləcə də Xuyustondakı missiyada 200-dən az diplomat çalışır: “Vaşinqtonun 55 diplomat və texniki işçini gələcək aylarda ABŞ-ı tərk etməsi yönündə sürdüyü tələb faktiki deportasiya mənasına gəlir və bu, dipomatik cəbhədə vəziyyəti pisləşdirəcək”.
Bununla yanaşı sözçü açıq bildirib ki, ABŞ-dakı rus missiyası və əməkdaşlarına qarşı hər cür düşməni tədbirlərə sürətli, əhatəli və simmetrik reaksiya veriləcək.
Qeyd edək ki, sonuncu dəfə ABŞ avqustun 2-də Rusiya səfirliyində işləyən 24 diplomatın ölkədən deportsiyasına dair qərar vermişdi.