Bakı 0˚C Mostly cloudy

Abşeronda 4 nəfər dəm qazından zəhərləndi

Hadisə 11:52 02 fev, 2022

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar

Abşeronda 4 nəfər dəm qazından zəhərləndi

Abşeron rayonunda 4 nəfər dəm qazından zəhərlənib.

Qazet.az xəbər verir ki, hadisə rayonun müxtəlif ərazilərində qeydə alınıb. Hökməli qəsəbəsində 1992-ci il təvəllüdlü Emil Elşən oğlu Nurullayev, Masazır qəsəbəsində 2010-cu il təvəllüdlü Zəhra Etibar qızı Bağırova, Mehdiabad qəsəbəsində 1992-ci il təvəllüdlü Aqil Alik oğlu Zeynalov və Novxanı qəsəbəsində 2014-cü il təvəllüdlü Asif Dəniz qızı Məmmədəliyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.