Bakı 21˚C Mostly sunny

Abşeronda avtomobil 74 yaşlı kişini vuraraq öldürüb

Hadisə 11:55 22 dek, 2021

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb

Abşeronda avtomobil 74 yaşlı kişini vuraraq öldürüb

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi olub.

Qazet.az Report-a istinadən xəbər verir ki, hadisə dekabrın 21-i saat 19 radələrində rayonun Saray qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Tural Məmmədov idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolu keçmək istəyən 1947-ci il təvəllüdlü Əvəz Sevdimalıyevi vurub. Nəticədə xəstəxanaya aparılan piyada orada ölüb.

Faktla bağlı Abşeron rayon Polis idarəsində cinayət məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.